7 Mart 2016 Pazartesi

NAXIŞLARIN SABAHI

Azərbaycan xalçaları Şərq xalçaçılıq sənətinin bir qoludur. 2010-cu ilin noyabr ayında UNESKO-nun "Qeyri-maddi Mədəni irs" siyahısına salınmışdır. "Novxanı”, "Suraxanı”, "Fatmayı”, "Xilə-buta”, "Xilə-Əfşan”. Bakı xalçaları zə­rif­liyi, incə naxışları ilə fərqlənir. Harada toxunur, toxunsun, ilməsinə baxan kimi onun Bakı xalçası olduğunu bilmək olur. Bizim xalçaların rəngləri də digər xalçaların rəngindən seçilir. Bakı xalçaları, əsasən ağ, qırmızı, bəzən də sürməyi yerlikli olur. Onlara qədim Bakı xalçalarına xas ənənəvi naxışlar da vurulur”.
 

Azərbaycan xalçaları Fransanın Luvr  muzeyi, Türkiyənin Topqapı saray muzeyi, Rusiyanın Ermitaj muzeyində qorunur.
İsterdik unudulmaqda olan naxışlarımız bu gün evləri bəzəyən xalçalarımızda istifadə olunsun.

QƏDİM NAXIŞLAR

ilk rəsmlərdən
Qobustan qaya rəsmləri


Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərində) məşğul olmuşlar. Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül - çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsindən aşkar edilmiş qızıl camın (e. ə. I minillik) səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalça sənətinin nə qədər qədim tarixə malik olduğunu göstərir. Arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdən palas və xalça qalıqları aşkar edilmişdir.